“Veteranlar” komandası Masallıda keçirilən mini futbol turnirinin qalibi olub
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbəsindəki futbol meydançasında keçirilən və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol üzrə rayon turniri başa çatıb.

Üç gün davam edən və iki qrupda keçirilən yarışda 8 komanda qələbə uğrunda mübarizə aparıb.

Birinci qrupda “Veteranlar”, “Daşvənd”, ikinci qrupda isə “Gənclər” və “Qala” komandaları turnirin yarımfinalına vəsiqə qazanıblar.

Yarımfinal oyunlarında rəqiblərinə qalib gələn “Veteran” və “Daşvənd” komandaları finalda qarşılaşıblar.

Yanvarın 18-də keçirilən final oyununda “Veteranlar” daha inamlı oyun nümayiş etdirərək rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb və rayon turnirinin qalibi olub.

Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim olunub.

Xəbər 647 dəfə oxundu.