Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda ikinci turun oyunlarına yekun vurulub. İki turda ardıcıl qələbə qazanan Fərid Zeynalov və İsmayıl Şahəliyev maksimum xalla turnir cədvəlində 1-2-ci yerləri bölüşürlər.

Azərbaycan Şahmat Federasiyasının binasında keçirilən ölkə çempionatı yanvarın 24-də başa çatacaq.

Xəbər 744 dəfə oxundu.