Formula 1-in ikiqat dünya çempionu Fernando Alonso “Dakar” rallisində çıxış edə bilər
Formula 1 yarışlarının ikiqat dünya çempionu Fernando Alonso “Dakar” rallisində çıxış edə bilər.

“Toyota” komandasının meneceri Jan-Mark Forten ispaniyalının artıq 2020-ci ildə rallidə yolsuzluq avtomobilinin sükanı arxasına keçə biləcəyinə hazır olduğunu hesab edir.

“Biz Alonso ilə bunu həyata keçirməyi sınaya bilərik. Lakin biz bütün danışıqların necə irəliləməsinə və Fernandonun hansı planlarının olacağına baxacağıq. Bilirik ki, bu, həm onun, həm də bizim istəyimizdir. “Toyota” hər şeyi təşkil etməlidir. Düşünürəm ki, bu, mümkündür”, - deyə “AFP” J.Fortendən sitat gətirir.

Xəbər 760 dəfə oxundu.