Sərbəst güləş üzrə Masallı rayon birinciliyi başa çatıb
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə rayon birinciliyi başa çatıb. Birincilik 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.

İki gün davam edən yarışda 100-ə yaxın idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.

Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 746 dəfə oxundu.