“Xəzər Lənkəran”nın xalları bərpa olundu
AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib. İdman.com.az saytının məlumatına görə, yığıncaqda “Xəzər Lənkəran” klubunun hesabından 6 xalın silinməsi ilə bağlı qərar ləğv olunub. Məsələ ondadır ki, FİFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsi ilə bağlı çıxardığı qərarından sonra bu il aprelin 18-dən etibarən AFFA ilə ali futbol qurumu arasında aparılmış yazışma olub.

Buna uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və “Xəzər Lənkəran”ın hesabından silinmiş xalların geri qaytarılması ilə bağlı qərar qəbul edib. Bunu nəzərə alan İntizam Komitəsi aprelin 13-dəki qərarın qüvvədən düşmüş hesab edilməsini və “Xəzər Lənkəran”ın hesabından silinmiş 6 xalın bərpa olunmasını rəsmiləşdirib.

Xəbər 895 dəfə oxundu.