Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ikinci turunun oyunlarına start verilib
Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ikinci turunun oyunlarına start verilib.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışın birinci turunu 20 şahmatçıdan dördü qələbə ilə başa vurub. On iki şahmatçı isə hərəyə yarım xal qazanıb.

Ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.

Çempionat Azərbaycan Şahmat Federasiyasının binasında keçirilir. Yarışlara yanvarın 24-də yekun vurulacaq.


Xəbər 762 dəfə oxundu.