Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları keçirilib
Yanvarın 16-da Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları keçirilib.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda ilk turun qalibləri müəyyənləşib. Belə ki, Emin Novruzov, Abdulla Qədimbəyli, İsmayıl Şahəliyev və Fərid Zeynalov hərəyə 1 xalla ilk dördlükdə qərarlaşıblar.
Ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.

Çempionat Azərbaycan Şahmat Federasiyasının binasında keçirilir. Yarışlara yanvarın 24-də yekun vurulacaq.

Xəbər 798 dəfə oxundu.