“Tata Steel Masters-2019”: Şahmatçılarımız növbəti turun oyunlarını da heç-heçə başa vurublar
Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri ənənəvi “Tata Steel Masters-2019” turnirində beşinci turun oyunları keçirilir.

Hollandiyanın Alkmar şəhərində baş tutan növbəti turun oyunlarını da şahmatçılarımız heç-heçə başa vurublar.

Qeyd edək ki, beşinci turda Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Vladimir Kramnik, Teymur Rəcəbov Polşa təmsilçisi Yan Kşiştov Duda ilə mübarizə aparıb.

Xəbər 650 dəfə oxundu.