“Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə oynayıb
Yanvarın 15-də Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin dördüncü turunun oyunlarına yekun vurulub.

Şahmatçımız Teymur Rəcəbovdan sonra Şəhriyar Məmmədyarov da növbəti turu heç-heçə başa vurub. Qrossmeysterimizin budəfəki rəqibi yarışın lideri rusiyalı Yan Nepomnyaşi olub.

Qeyd edək ki, Y.Nepomnyaşi 3 xalla turnir cədvəlinə başçılıq edir. Şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov isə 2 xalla 6-9-cu yerləri bölüşürlər.

Xəbər 899 dəfə oxundu.