RF Prezidenti Kuboku uğrunda sambo üzrə Yaponiya çempionatı fevralın 10-da keçiriləcək
Yaponiya Sambo Federasiyasının vitse-prezidenti, Beynəlxalq Sambo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Nobuyuki Asainin TASS agentliyinə verdiyi məlumata görə, RF Prezidenti Vladimir Putinin təsis etdiyi kubok uğrunda sambo üzrə Yaponiya birinciliyi fevralın 10-da keçiriləcək.

Çempionat Tokionun Sumida rayonundakı idman sarayında keçiriləcək. Hər il keçirilən bu turnirdə 100-dən çox idmançı iştirak edir. Çempionatın qalibləri beynəlxalq yarışlarda iştirak etmək üçün seçilir. Sambo üzrə Yaponiya çempionatı 45-ci dəfə, RF Prezidenti Kuboku uğrunda birincilik 7-ci dəfə keçiriləcək.

1970-ci illərin axırlarından 1990-cı illərin əvvəlinə qədər Yaponiyada sambo çox geniş yayılmışdı. 1980-ci il Olimpiadasından sonra idmanın bu növünə maraq tədricən azalmağa başladı. Lakin 2013-cü ildə Kazanda Universiada keçirilən ərəfədə Yaponiyada sambo növbəti dəfə populyarlaşdı. 2018-ci ilin noyabr ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) sambonu müvəqqəti olaraq olimpiya idman növü kimi qəbul etdi. Bu o deməkdir ki, gələcəkdə sambo Olimpiya Oyunlarının proqramına daxil edilə bilər. Bu halda BOK idmanın bu növü üçün hər il 25 min dollar məbləğində maliyyə vəsaiti ayıracaq.

AZƏRTAC

Xəbər 1291 dəfə oxundu.