Azərbaycan yığmasının futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində təşkil olunan tədbirdə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Gənc futbolçu olaraq danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub.

Sonra futbolçuların sualları cavablandırılıb.

Xəbər 802 dəfə oxundu.