“Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun görüşü heç-heçə bitib
Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin ikinci turunun oyunları yekunlaşıb.

Şahmatçılarımız Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov arasında partiya heç-heçə başa çatıb.

Qeyd edək ki, nüfuzlu yarışın ilk turunda da şahmatçılarımızın nəticəsində bərabərlik qeydə alınmışdı. Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Samuel Şankland, Teymur Rəcəbov isə rusiyalı Vladimir Kramniklə heç-heçəyə razılaşmışdı.


Xəbər 727 dəfə oxundu.