Qədir Hüseynov Paul Keres memorialının blits turnirinin qalibi olub
Azərbaycanlı qrossmeyster Qədir Hüseynov Tallin şəhərində keçirilən Paul Keres memorialında uğurla çıxış edib.

11 ölkədən 88 şahmatçının qatıldığı turnirdə Qədir Hüseynov keçirdiyi 9 oyundan 7 qələbə və 2 heç-heçə ilə blits turnirini birinci yerdə başa vurub. Memorial çərçivəsində keçirilən rapid yarışında 7 oyunda 6 xal yığan şahmatçımız üçüncü yeri tutub.

Xəbər 728 dəfə oxundu.