Kolin Cekson: «Useyn Bolt da sizin kimi adi atlet idi»
«15 yaşından Useyn Bolta məşqçilik etmişəm. O da sizin kimi adi atlet idi. Amma gözlərində böyük istək, hərəkətlərində əminlik vardı. Ona görə də, sonda dünya rekordçusu, ən titullu sprinterlərdən oldu».

Bunu «İdman» qəzeti və idman.com.az saytına açıqlamasında Pekin olimpidasının qızıl medalçı Useyn Boltun məşqçisi olmuş Kolin Cekson dedi. İngiltərənin canlı əfsanəsi Respublika Olimpiya Mərkəzində yeniyetmə-gənc atletlərə sprint və maneələrlə qaçış üzrə master klass nümayişi zamanı qeyd etdi ki, idmançı yüksək nəticəyə nail olmaq üçün üzərində çox işləməlidir:

«İndi sizə isinmə hərəkətləri vaxtı icra edilən müəyyən təmrinləri göstərdim. Hiss etdim ki, bunları yerinə yetirərkən yorulub, əldən düşdünüz. Mənim 45 yaşım var. Amma görürsünüz ki, məndə hər şey qaydasındadır. Uğur əldə etmək üçün çox çalışmaq lazımır».

Qeyd edək ki, “İnkişaf naminə İdman” İctimai Birliyi təşəbbüsü və bp-Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə Azərbaycana gəlmiş Kolin Ceksonun uzun uğur hekayəsi var. İngiltərəli qonaq sprint və maneələri dəf etmə proqramında 12-qat Avropa və 3-qat dünya çempionu olmaqla yanaşı, Afina olimpiadasının gümüş mükafatçısıdır. Onun 110 metrlik maneəli qaçışda 12.91 saniyəlik rekordu 10 il müddətində qırılmayıb. Cekson, həmçinin 60 metrlik maneəli qaçış üzrə dünya rekordunun sahibidir.

KAMRAN

Xəbər 1543 dəfə oxundu.