Münxen turnirində üç atıcımız qüvvəsini sınayacaq
Yanvarın 23-də Münxendə güllə atıcılığı üzrə beynəlxalq turnir start götürəcək.

Turnirdə 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında ölkəmizi Ruslan Lunyov və Nigar Nəsirova təmsil edəcəklər. Həmin məsafədə tüfəngdən atəşaçma yarışında isə Jalə Bayramova mübarizə aparacaq.

Turnirə yanvarın 23-də yekun vurulacaq.

Xəbər 1161 dəfə oxundu.