“Neftçi” son dəfə nə vaxt finala çıxıb?
Bakının “Neftçi” klubu 8 illik həsrətə son qoyub. İdman.com.az saytının məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan kubokunun finalına yüksəlməklə bu yarışdakı uğursuzluq seriyasına son qoyub. Belə ki, “ağ-qaralar” bakılılar 2003/04 mövsümündən sonra finala həsrət qalmışdı. 8 il əvvəl həlledici qarşılaşmada “Şəmkir”i əlavə vaxtda 1:0 hesabı ilə məğlub etdikdən sonra, futbolumuzun bayraqdarının ən böyük uğuru yarımfinal olurdu.

“Neftçi”nin finaldakı rəqibi “Bakı” isə, 2009/10 mövsümündə bu həyacanı 2-ci dəfə yaşayıb. 1 mövsümlük fasilədən sonra “zolaqlılar” yenə həlledici qarşılaşmaya çıxıb. 2 il əvvəl baş mükafata sahib çıxan paytaxtlılar, yenə finala baş məşqçisiz çıxıb. Həmin vaxt “Bakı” baş məşqçi əvəzi Cüneyd Biçərlə qalib adını qazanmışdısa, bu dəfə komandanı baş məşqçi əvəzi kimi Novruz Əzimov çalışdırır.

Xəbər 843 dəfə oxundu.