Azərbaycanın iki şahmatçısı Cəbəllütariqdə keçiriləcək beynəlxalq festivalın “Masters” turnirində iştirak edəcək
Yanvarın 22-dən 31-dək Cəbəllütariqdə beynəlxalq şahmat festivalı keçiriləcək.

Ənənəvi festivalın proqramına İsveçrə sistemi üzrə keçirilən və on turdan ibarət “Masters” turniri də daxildir. Turnirdə 244 şahmatçı iştirak edəcək. Onlardan 120-si qrossmeyster, o cümlədən 14-ü əmsalı 2700-dən çox olan şahmatçılardır.

Bu festival İsveçrə sistemi üzrə keçirilən ən güclü turnirlərdən hesab olunur. Yarışlarda Azərbaycan şahmatçıları Arkadi Naydiç (2734) və Rauf Məmmədov (2703) da iştirak edəcəklər.

Xəbər 752 dəfə oxundu.