Basketbol üzrə Azərbaycan çempionatında ikinci dövrəyə start verilir
Yanvarın 12-də kişi basketbolçular arasında 26-cı Azərbaycan çempionatının ikinci dövrəsinə start veriləcək.

Oyunlar Azərbaycan Texniki Universitetinin basketbol arenasında keçiriləcək.

İkinci dövrənin ilk turunda “80-lər” komandası ADNSU, NTD klubu “Alov”, AzTOP isə U-18 ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir cədvəlinə 10 xalla AzTOP başçılıq edir. NTD 9 xalla ikinci, U-18 isə 8 xalla üçüncü pillədə qərarlaşıblar.

Xəbər 606 dəfə oxundu.