“Araz” klubu üç iranlı futzalçı ilə müqavilə imzalayıb
Qış fasiləsi zamanı Ramiz Çovdarov, Ruzigar İbrahimzadə və Elşən İbramxəlilovla yollarını ayıran “Araz” futzal klubu heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

Son ölkə çempionu 3 iranlı futzalçı ilə anlaşıb.

“Yasamal Baku”dan Sadiq Cavid, “Xəzər Cənub”dan isə Ali Mikaili və Masud Nasirzade fasilədən sonra baş məşqçi Joze Alesio da Silvanın sərəncamında olacaq.

Qeyd edək ki, “Araz” ilk iki dövrədən sonra 27 xal toplayıb və lider EKOL-dan 2 xal geri qalır.

Xəbər 761 dəfə oxundu.