“Neftçi”nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib
Yanvarın 13-dən 27-dək Antalyadakı Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi”nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.

Azsport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, “flaqman” yanvarın 26-da Bolqarıstanın “Beroe” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “ağ-qaralar” bu gün bir araya gələrək, məşqləri bərpa ediblər. Yanvarın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “Neftçi” futbol klubu həmin gün Türkiyəyə yola düşəcək. Komandamız ayın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), yanvarın 23-də isə “Slovan” (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək.

Xəbər 789 dəfə oxundu.