Milli komandamızın üzvləri “Avropa Liqası Muzeyi”ndə olublar
Futbol üzrə qadınlardan ibarət milli komandamızın üzvləri, eləcə də U-13 qızlar liqasının iştirakçıları “Avropa Liqası Muzeyi”ndə olublar.

Qadın futbolçularımız muzeydə Avropa Liqası tarixini özündə əks etdirən eksponatlarla tanış olub, eləcə də xatirə şəkilləri çəkdiriblər.

Muzey mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılıb. Dekabrın 22-dən fəaliyyət göstərən muzey bu gün son dəfə saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq.

“Avropa Liqası Muzeyi”nə giriş ödənişsizdir.

Xəbər 839 dəfə oxundu.