FİFA-nın nümayəndələri stadionlarımıza baş çəkiblər
FİFA-nın nümayəndələri növbəti dəfə Azərbaycana gəliblər. İdman.com.az saytının məlumatına görə, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri tanış olmaq üçün tərkibi Oliver Vogt, Nerico Digues, Kim Yew, Monika Huser, Mathew Harding, Dietmar Eufingerdən ibarət FİFA nümayəndə heyəti Bakıda səfərdədir. Səfər proqramı çərçivəsində beynəlxalq futbol qurumunun nümayəndələri AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”, Tofiq Bəhramov adına Respublika stadionu, 8-ci kilometr qəsəbəsində inşası davam edən stadionda, habelə dünya çempionatının təşkilati işləri bu və ya digər şəkildə bağlılığı olan digər məkanlarda olub, hazırlıq işləri barədə məlumat əldə ediblər. FİFA nümayəndə heyətinin səfəri davam edir.

Xəbər 932 dəfə oxundu.