Azərbaycanın stolüstü tennis üzrə komandası Macarıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçirilir.

Turnirdə Azərbaycanın qızlardan ibarət komandası bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə oğlanlardan və qızlardan ibarət komandalarımız məşqçilər Elnur Hidayətzadənin və Ramil Cəfərovun rəhbərliyi ilə fərdi və komanda yarışlarında mübarizə aparırlar.

Xəbər 976 dəfə oxundu.