“Vergani Cup” festivalının növbəti turunda şahmatçımız qələbə qazanıb
İtaliyanın Villorba şəhərində şahmat üzrə üçüncü “Vergani Cup” festivalında altıncı turun oyunlarına yekun vurulub.

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva (2301) sonuncu turda Rusiya təmsilçisi Yekaterina Dyakonova üzərində qələbə qazanaraq xalların sayını 3-ə çatdırıb. O, bu nəticə ilə turnir cədvəlində 34-cü yerdən 25-ci pilləyə yüksəlib.

40 iştirakçının (13 qrossmeyster) qatıldığı turnirə yanvarın 6-da yekun vurulacaq.

Xəbər 745 dəfə oxundu.