Şahmatçımız “Vergani Cup” festivalında bir pillə irəliləyib

İtaliyanın Villorba şəhərində keçirilən şahmat üzrə üçüncü “Vergani Cup” festivalında beşinci tura yekun vurulub.

40 iştirakçının (13 qrossmeyster) qatıldığı elit turnirdə Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva (2301) sonuncu turda İtaliya təmsilçisi Desiree di Benedetto ilə xalları yarı bölüb. Təmsilçimiz beş turun nəticəsinə görə 2 xalla 34-cü pillədə qərarlaşıb.

Turnirə 3,5 xalla İtaliya təmsilçisi Pier Luici Basso (2522) başçılıq edir.
Festivala yanvarın 6-da yekun vurulacaq.

Xəbər 794 dəfə oxundu.