FİFA: “Xəzər Lənkəran”ın 6 xalı geri qaytarıldı
Bir müddət əvvəl “Xəzər Lənkəran” klubunun hesabından 6 xalın silinməsinə qərar verən FİFA bu məsələyə yenidən baxıb. İdman.com.az saytının məlumatına görə, braziliyalı futbolçu Romulu Silvanuya olan borcun vaxtında ödənilmədiyi üçün “ağ-yaşıllar”a ağır cəza verən ali futbol qurumu həmin qərarını dəyişməyə məcbur olub.
Belə ki, FİFA klubun hesabından silinən 6 xalın geri qaytarılması haqda qərar qəbul edib. Bununla bağlı komandaya rəsmi sənəd göndərən FİFA “Xəzər Lənkəran”dan üzr istəyib. Həmin 6 xalın geri qaytarılması isə AFFA-nın müvafiq komitələrinin növbəti yığıncağında rəsmiləşəcək.
FİFA-nın “Xəzər Lənkəran”a göndərdiyi məktubun mətni belədir:

Diqqətinizə çatdırırıq ki, bizə məlum olduğuna görə “Xəzər Lənkəran” FK tərəfindən oyunçu Romulo Silvano Silvaya ödənilməli olan qalıq məbləğ klub tərəfindən 30 mart 2012-ci il tarixdə ödənilib ki, bu da ödənişin kreditor tərəfindən 13 mart 2012-ci il tarixli məktubda qoyulmuş tarix çərçivəsində həyata keçirildiyi deməkdir. Orada tərəfimizdən məktubun qəbul edilməsindən 3 həftə sonra klubdan xalların çıxılması tələb edilmişdir. Bununla da, xalların silinməsi etdiyimiz sorğunun səhvən və kreditor tərəfindən qoyulmuş müddətdən əvvəl edildiyini bildiririk.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından xalların silinməsi barədə etdiyimiz sorğunun icrasının ləğv edilməsini və “Xəzər Lənkəran” FK-nun silinmiş altı xalını dərhal bərpa etməsini tələb edirik.

Bundan əlavə qeyd edirik ki, bu məktubun surəti İdman Arbitraj Məhkəməsinə CAS/2012/A/2774 saylı işlə əlaqədar göndəriləcək.
Sonda bütün məbləğin kreditorun təyin etdiyi müddət çərçivəsində sonuncuya ödənilməsini nəzərə alaraq, sizə məlumat veririk ki, bu məsələ üzrə iş tərəfimizdən yekunlaşdırılır.
Diqqətinizə görə təşəkkür edirik və yaradılan hər hansı bir narahatçılığa görə təəssüf etdiyimizi bildiririk”.

Xəbər 888 dəfə oxundu.