Şahmatçımız “Vergani Cup” festivalında 1,5 xalla 35-ci pillədədir
İtaliyanın Villorba şəhərində keçirilən şahmat üzrə üçüncü “Vergani Cup” festivalında dördüncü tura yekun vurulub.

40 iştirakçının (13 qrossmeyster) qatıldığı elit turnirdə Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva (2301) sonuncu turda daha bir xal qazanıb. Hazırda təmsilçimiz 1,5 xalla turnir cədvəlində 35-ci pillədədir.

Turnirə 3,5 xalla İtaliya təmsilçisi Pier Luigi Basso (2522) başçılıq edir.

Festivala yanvarın 6-da yekun vurulacaq.

Xəbər 770 dəfə oxundu.