Millimizin hücumçusu azarkeşlərlə görüşüb
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində millimizin və “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunub.

“Avropa Liqası Muzeyi”ndə təşkil olunan görüşdə ziyarətçilər futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Final oyunu bu il mayın 29-da keçiriləcək.

Xəbər 770 dəfə oxundu.