Şahmat üzrə Fuad Cəfərov Memorialı start götürüb | |
2019-cu ilin şahmat üzrə ilk yarışı olan Fuad Cəfərov Memorialı start götürüb. Ənənəvi yarış mərhum beynəlxalq dərəcəli hakim və Respublika Şahmat Məktəbinin ilk direktoru olmuş Fuad Cəfərovun xatirəsinə həsr edilir. Yanvarın 3-dən 11-dək Bakıda keçiriləcək beynəlxalq şahmat festivalında 200-dən çox şahmatçı iştirak edəcək. Festival 3 qrup - “A” (qrossmeyster və beynəlxalq usta normalı), “B” (Open) və “C” qrupu (11 yaşadək uşaqlar) üzrə keçiriləcək. Bununla yanaşı, festival çərçivəsində rapid və blits üzrə yarışlar da təşkil ediləcək. |
|
Xəbər 767 dəfə oxundu. |
|
|