Kolin Cekson: Londonda Azərbaycan olimpiyaçıları dəstəkləyəcəyəm
«Səfərimdən sonra müəyyən müzakirələr aparacağam. Düzü, mən sizin idmançılarda böyük bir istəyin, intiuzasiyanın olduğunu gördüm. Burada idmançılara yaxşı şərait yaradılıb. Böyük işlər üçün başlamağın tam zamanıdır».

Bunu idman.com.az saytına açıqlamasında “İnkişaf naminə İdman” İctimai Birliyi təşəbbüsü və bp-Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə ölkəmizə səfər edən Kolin Cekson dedi. Afina olimpiadasının gümüş mükafatçısının sözünə görə, çox güman, gələcək də bizim yeniyetmə-gənc atletlərimiz üçün sprint və maneələrlə qaçış üzrə master klass keçəcək. Bakı səfəri ingiltərəli qonaqda xoş təəssürat yarandlığından, o, London olimpiadasında Azərbaycan idmançılarının çıxışını izləyəcəyinə də vurğuladı:

«Hər hansı yeni səfər etdikdə, oranın idmançıları ilə görüşərkən, istər-istəməz həmin ölkənin fanatına çevrilirəm. Təbii ki, Londonda da Azərbaycan olimpiyaçılarının çıxışını izləyəcəyəm və onlara dəstək verəcəyəm».

KAMRAN

Xəbər 1308 dəfə oxundu.