Karate üzrə hakimimiz ikinci Avropa Oyunlarında ədaləti qoruyacaq
Beynəlxalq hakim, Azərbaycan Milli Karate Federasiyasının hakimlər komitəsinin sədri Cahangir Babayev 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarının karate yarışlarını idarə edən hakimlərdən biri olacaq.

Bu barədə Avropa Karate Federasiyası qərar verib. İkinci Avropa Oyunlarını idarə edən 22 hakimdən 20 nəfəri seçim əsasında təyin olunub.

Qeyd edək ki, oyunların karate yarışları iyunun 29-30-da keçiriləcək.

Xəbər 782 dəfə oxundu.