Azərbaycan güləş tarixində yeni rekord
Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, imtahanlardan uğurla keçən 6 hakimimiz sevindirici xəbər alıb. Belə ki, Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da Olimpiya kateqoriyalı hakimlərimizin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddur. Xatırladaq ki, digər I-S dərəcəli hakimlərimiz Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdir.

Elman İsmayılov və Abdul Nuriyev I kateqoriyaya sahib çıxıblar. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov isə beynəlxalq hakim statusu alaraq, III dərəcəyə yüksəliblər.

Xəbər 777 dəfə oxundu.