“Neftçi” və “Bakı” finalda! - YENİLƏNİB
Bu gün Azərbaycan kubokunda keçirilən yarımfinal görüşlərinin birində həlledici mərhələyə yüksələn komandanın adı bəlli olub. İdman.com.az saytının məlumatına görə, “Qarabağ” – “Bakı” oyununda birincilərin şansı olsa da, ev sahibləri bundan yarralana bilməyiblər.

Əsas vaxtda 1 qol vuran “zolaqlılar” matçı 11-metrlik cərimə zərbələrinə qədər daşıyıblar. Bu mərhələdə daha yaxşı təsir bağılşayan paytaxtılar finala vəsiqə qazanıblar – 5:4. “Qarabağ”dan Rəşad Sadiqovun penalti zərbəsini qapıçı Aqil Məmmədov dəf edib.

Digər 1/2 finalda “Neftçi” evdə “İnter”i qəbul edib. “Ağ-qaralar” Cavid İmamverdiyevin qolu sayəsində finala adlayıb.
Qeyd edək ki, həlledici oyun mayın 17-də “Dalğa Arena”da baş tutacaq.

Azərbaycan kuboku. 1/2 final
25 aprel
“Qarabağ” – “Bakı”- 0:1 Penaltilərlə: 4:5
Qol: Lukas Mario Horvat, 38
Penaltilər seriyası: Cavadov, 1:0; Soliç, 1:1; Sadiqov, 1:1; Çesnauskis, 1:2; Medvedev, 2:2; Məhərrəmov, 2:3; Yusifov, 3:3; Horvat, 3:4; Sadıqov, 4:4; Kovaçeviç, 4:5
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Orxan Məmmədov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
İlk oyun – 1:0

“Neftçi” – “İnter”- 1:0
Qol: Cavid İmamverdiyev, 22
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Rauf Cabbarov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk oyun – 0:0

Xəbər 907 dəfə oxundu.