“Qızıl əlcək” idman klubunun boks üzrə açıq birinciliyi start götürüb | |
Bu gün “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin zalında “Qızıl əlcək” idman klubunun boks üzrə açıq birinciliyi start götürüb. Turnirdə 2005-2006-cı illər təvəllüdlü idmançılar 31 çəki dərəcəsində mübarizə aparırlar. Yarışlarda Bakı və regionlardan 20 komandanın tərkibində 170-dən çox boksçu medallar uğrunda döyüşür. Açıq birinciliyə dekabrın 29-da yekun vurulacaq. |
|
Xəbər 761 dəfə oxundu. |
|
|