Otüstü hokkeyçilərimiz lisenziya yarışına qələbə ilə başladılar
Bu gün Yaponiyanın Kakamigahara şəhərində qadın otüstü hokkeyçilər arasında dünya təsnifat yarışı start götürüb. İdman.com.az saytının məlumatına görə, London olimpiadasına lisenziya verən turnirin ilk qarşılaşmasında Azərbaycan milli komandası malayziyalı həmkarları ilə görüşüblər.

Əvvəldən sonadək üstün oyun nümayiş edirən Adil Paşayevin komandası rəqibini 4:0 hesabı ilə məğlub edib. Bizdən Xatirə Əliyeva (2), Myaqsun Məmmədova və Yuliya Muradi fərqləniblər. Digər görüşlərdə Belarus Çiliyə 3:1, Yaponiya isə Avstriyaya 7:0 hesabı ilə qalib gəlib.

Seçmə komandamız aprelin 27-də Belarus yığması ilə oynayacaq. Matç Bakı vaxtı ilə saat 9:30-da başlayacaq.

Xəbər 1275 dəfə oxundu.