Ağırlıqqaldıranlarımız rekord ediblər
Bu günlərdə Antalyada keçirilmiş ağırlıqqaldıranlar arasında Avropa çempionatında 4 medal qazanan millimiz rekord əldə edib. İdman.com.az saytının statistika şöbəsinin məlumatına görə, 3 qızıl və 1 bürünc medala sahib çıxan ağır atletlərimiz həm əyar, həm də mükafatların sayı baxımından tarixində ən yüksək nəticə göstəriblər. Belə ki, buna qədər eyni mötəbər yarışlarda böyük uğur 2001-ci ildə təsadüf olunub.

Slovakiyanın Trençin şəhərində təşkil edilmiş qitə çempionatında seçmə komandamız bir dəst medal qazanmışdı. Konkret nəticəyə gəlincə, Nizami Paşayev (94 kq) 1-ci, Elşən Süleymanov (62 kq) 2-ci və Turan Mirzəyev (69 kq) 3-cü yer tutmuşdular.

Türkiyədə isə Valentin Xristov (56 kq), Boyanka Kostova (58 kq) və Əfqan Bayramov (69 kq) qızıl, Silviya Angelova (48 kq) bürünc medala sahib çıxmışdılar.

Xəbər 1344 dəfə oxundu.