Gürcüstanda ağır atletika üzrə beynəlxalq yarışda idmançılarımız iki qızıl medal qazanıblar
Dekabrın 22-dən 23-dək Gürcüstanın Kutaisi şəhərində ağır atletika üzrə üçqat Olimpiya çempionu Kaxi Kaxiaşvilinin şərəfinə beynəlxalq turnir keçirilib.

Yarışda yerli idmançılarla yanaşı, azərbaycanlı atletlər də iştirak ediblər. Paşa İbrahimli 73 kiloqram, Kamran İsmayılov isə 96 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Məşqçi Taleh Hüseynovun rəhbərliyi altında çıxış edən atletlər iki qızıl medal qazanmağı bacarıblar.

Paşa İbrahimli toplam 286 kiloqram (130+156) nəticə ilə öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb. Kamran İsmayılov isə 322 kiloqram (141+181) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

AZƏRTAC

Xəbər 803 dəfə oxundu.