“Azərsu” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb
Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir. Həftəsonu 9-cu turun oyunları keçirilib.

Azsport.az Həndbol Federasiyasını rəsmi saytına istinadla xəbər verir ki, ABU Arenanın meydançasına əvvəlcə “Azərsu” və “Qarabağ” komandaları çıxıblar.

Gərgin və maraqlı qarşılaşma “Azərsu”nun qələbəsi ilə başa çatıb. “Qarabağ” həndbolçuları ciddi müqavimət göstərsələr də məğlubiyyətdən qaça bilməyiblər - 25:28.

Günün digər oyununda isə “Azəryol” “İdman Akademiyası” komandasına çətinlik çəkmədən qalib gəlib – 39:27.

Çempionatın 9-cu turuna iki oyunla yekun vurulacaq. Yanvarın 10-u və 11-də yerli “Olimpiya” ilə “Azəryol” üz-üzə gələcək.

Yarışın 10-cu turuna isə yanvarın 12-də start veriləcək. Həmin gün “İdman Akademiyası” “Azərsu”, “Qarabağ” “Gənclər Birliyi” ilə qarşılaşacaq.

Xəbər 1041 dəfə oxundu.