3-qat dünya çempionu: «Yaşadığım bölgədə belə gözəl idman maneji yoxdur»
Azərbaycan gəlib gördüklərimdən çox məmun oldum. Gənclər və idman naziri Azad Rəhimovun, eləcə də idmana aidiyyatı olan digər insanların işlərinə necə böyük həvəs və canfəşanlıqla yanaşmaları məndə təəccüb doğurdu».

Bunu idman.com.az saytına açıqlamasında beynəlxalq İdman Həyəcanı İrsinin 2 illik yubileyi münasibət ilə ölkəmizdə səfərdə olan 3-qat dünya və 12-qat Avropa çempionu Kolin Cekson deyib. İngiltərənin atletika idmanı üzrə canlı əfsanəsinin sözünə görə, Azərbaycanda bu sahəyə bərabər və yüksək səviyyədə diqqət göstərilir:

«Azad Rəhimovla söhbətdə ona şahid oldum ki, cənab nazir gənclərin aparıcı rola malik olmasını istəyir. Bu, çox düzgün siyasətdir. Azərbaycanda çox gözəl infrastruktur da qurulub. Mən Böyük Britanyadan gəlirəm. Özüm yaşadığım bölgədə Respublika Olimpiya Mərkəzi kimi gözəl idman maneji yoxdur».

KAMRAN

Xəbər 1356 dəfə oxundu.