İdman ustalığına namizəd dərəcəsi uğrunda reytinq turniri başlayıb
"Elfim" Professional Şahmat Mərkəzinin Nərimanov filialında idman ustalığına namizəd dərəcəsi uğrunda şahmat turniri başlayıb.

Milli əmsalın artırılması, həmçinin beynəlxalq reytinqin hesablanması məqsədilə keçirilən yarışda 42 idmançı iştirak edir.

Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov yarış iştirakçılarını turnirin qaydaları barədə məlumatlandırıb. Sonra yarışa start verilib.

Reytinq turniri dekabrın 30-dək davam edəcək.

Xəbər 782 dəfə oxundu.