Şahmat üzrə Qazaxıstan kubokunun qalibləri müəyyənləşib
Astanada dekabrın 15-də start götürən şahmat üzrə Qazaxıstan kubokunun final yarışlarına bu gün yekun vurulub.

Azərbaycanlı qrossmeyster Azər Mirzəyevin də iştirak etdiyi yarışlarda kişilər arasında 9 oyundan 6,5 xal toplayan rusiyalı şahmatçı Dmitri Xeqay birinci yeri tutub. Şahmatçımız Azər Mirzəyev isə 4,5 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Qazaxıstan təmsilçisi Mədinə Dövlətbəyova qadınlar arasında 9 oyundan 8 xalla ən yüksək nəticə göstərib.

Xəbər 772 dəfə oxundu.