Birinci dərəcə uğrunda şahmat yarışlarına start verilib
Respublika Şahmat Klubunda birinci dərəcə uğrunda şahmat yarışlarına start verilib.

Yarış 2001-2011-ci il təvəllüdlü, II dərəcəyə sahib oğlanlar və qızlar arasında A və B qruplarında keçirilir. A turnirində 51 (14 qız), B turnirində 50 (6 qız) mübarizə aparır. Turnirdə respublikanın idman məktəblərinin, klub və cəmiyyətlərinin təmsilçiləri iştirak edirlər.

Şahmatçılar İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət turnirdə birinci dərəcə norması üçün 7 xal toplamalıdırlar.

Xəbər 709 dəfə oxundu.