Bu gün finalçılar müəyyənləşəcək
Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək. İdman.com.az saytının məlumatınva görə, mayın 17-də “Dalğa Arena”da həlledici oyunda görüşəcək komandalar cavab yarımfinal oyunlarında bilinəcək.

“Qarabağ” – “Bakı” oyununda birincilərin şansı daha çoxdur. Ağdamlılar həm evdə oynayır, həm də səfərdə qalib gəldiyindən, üstünlüyə malikdir. “Neftçi” isə “İnter”ə səfərdə uduzmasa da, qol da vura bilməyib. Yəni “bankçılar” səfərdə qollu bərabərliyə nail olarsa, finala çıxacaq. “Neftçi”nin heyətində problemlərin olmağı həmşəhərlilərinə üstünlük verir.

Azərbaycan kuboku. 1/2 final
25 aprel
16:00. “Qarabağ” – “Bakı”
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
İlk oyun – 1:0

17:20. “Neftçi” – “İnter”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk oyun – 0:0

Xəbər 961 dəfə oxundu.