“Reno” yeni bolidi fevralın 12-də təqdim edəcək
Formula 1 “Reno” komandası öz yeni bolidini 2019 –cu il fevralın 12-də Enstoundakı bazasında təqdim edəcək.

Növbəti mövsümdə “Reno”nu “Red Bull”un sabiq pilotu avstraliyalı pilot Daniel Rikkardo və bu kollektivlə müqaviləsini daha bir il müddətinə uzatmış Niko Hyulkenberq təmsil edəcəklər.

Daha əvvəl iki komanda - “Reysinq poynt” və “Ferrari” də təqdimatlarının tarixini açıqlayıblar: “Reysinq poynt” öz bolidini fevralın 13-də, “Ferrari” fevralın 15-də təqdim edəcək.

2018-ci mövsümünün yekunlarına görə, “Reno” Konstruktorlar Kuboku çempionatında 122 xal toplayaraq dördüncü yeri tutub.

AZƏRTAC

Xəbər 757 dəfə oxundu.