Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb.

FIFA-nın reytinq cədvəlində ilk üçlük də dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir.

Xəbər 599 dəfə oxundu.