Azərbaycan çempionatında medal qazanan yunan-Roma güləşçiləri ilə görüş keçirilib
Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov və yığmamızın məşqçilər korpusunun üzvləri yarışın medalçıları ilə görüşüb.

E.Cəfərov mükafatçıları təbrik etməklə yanaşı, əksər görüşlərdən razı qalmadığını və güləşçilərin beynəlxalq turnirlər üçün daha yüksək formada olmalarının vacibliyini qeyd edib.

Baş məşqçi Şaban Donat isə gələn il yanvarın 5-dən Olimpiya Güləş Mərkəzində yığmanın təlim-məşq toplanışının start götürəcəyini pəhləvanların diqqətinə çatdırıb.

Qeyd edək ki, Azərbaycan çempionatında fəxri kürsüyə qalxan idmançılar millimizin hazırlıq prosesinə cəlb edilir.

Xəbər 744 dəfə oxundu.