RFİ yığmaya yerli baş məşqçi gətirir
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi postuna namizədin adı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, rəqibimizin “sükanı arxasına” hazırda gənclər yığmasına rəhbərlik edən Nikolay Pisarev keçə bilər.

Belə ki, Rusiya Futbol İttifaqının (RFİ) yığma ilə müqaviləsi Avro-2012-dən sonra başa çatacaq hollandiyalı Dik Advokaatla müqaviləni uzatmayacağı halda əsas namizəd 43 yaşlı Pisarev olacaq. Hollandiyalı bu həftə rusiyalılardan təklif almayacağı halda başqa variantları götür-qoy etməyə başlayacağını açıqladığından rəqibimizin baş məşqçisi məsələsinə tezliklə aydınlıq gələcək.

Xəbər 960 dəfə oxundu.