Futbol üzrə Azərbaycan kubokunun ilk yarımfinalçısı məlum olub
Dekabrın 19-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

Mərhələnin ilk oyununda “Səbail” doğma meydanda “Zirə” klubunu qəbul edib. Görüşdə 2:3 hesabı ilə qalib gələn “Zirə” iki oyunun yekununa əsasən futbol üzrə Azərbaycan kubokunun ilk yarımfinalçısı olub. Komandalar arasında ilk oyun da “Zirə”nin qələbəsi ilə başa çatmışdı - 1:0.

Mərhələnin ilk oyun gününün sonuncu qarşılaşması “Kapital Bank” stadionunda keçiriləcək. “Sumqayıt” komandası “Neftçi” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk görüş sumqayıtlıların 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşmışdı.

Xəbər 639 dəfə oxundu.