Yeniyetmələr arasında boks üzrə açıq birincilik start götürüb
“Baku Fayt Lap” klubunun təşkilatçılığı ilə dekabrın 19-da yeniyetmələr arasında boks üzrə açıq birincilik start götürüb.

Boks Mərkəzində keçirilən yarışda ölkəmizin şəhər və rayonlarından 2001-2002-ci illər təvəllüdlü boksçularla yanaşı, iraqlı idmançılar da iştirak edirlər.

Turnirə dekabrın 22-də yekun vurulacaq.

Xəbər 835 dəfə oxundu.