“Qəbələ”nin idmançısı qol güləşi üzrə Azərbaycan kubokunda fərqlənib
“Qəbələ” idman klubunun təmsilçisi Sənan Şükürov növbəti uğuruna imza atıb.

Azsport.az “Qəbələ” idman klubuna istinadla xəbər verir ki, S.Şükürov qol güləşi üzrə Azərbaycan kuboku yarışlarında 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Yarışda bütün rəqiblərini məğlub edən S.Şükürov ölkə kubokunun qalibi adını qazanıb.

Xəbər 786 dəfə oxundu.